Türk dili

Türkcəni xarici dil olaraq öyrənənlər dil biliklərinin kafi olub-olmadığını ölçmək üçün TYS imtahanından keçilməlidirlər. TYS imtahanı tələbələrin türk dilində oxuma, dinləmə, yazma və danışma bacarıqlarını ölçülmək məqsədilə həyata keçirilir. Bu imtahanı müvəffəqiyyətlə verən tələbələrə “ Türkcə Attestasiya Sənədi ” verilir.

Xarici dil olaraq Türkcə öyrənənlər, Türkiyədəki universitetlərə müraciət və qəbul üçün Türkcə dil kafiliyini sənədləndirməsi məcbur olan tələbələr,  xaricdə müxtəlif təşkilatlarda  Türkcə öyrətmək istəyən müəllim  namizədləri , qısaca türkcə dil kafiliyini ölçmək istəyən hər kəs TYS-yə girə bilər

Bəs TYS imtahanı nədir və  imtahandan keçib sertifikatı aldıqda nəyə lazım olur?

Bu imtahan 4 mərhələdən ibarətdir: oxu, dinləmə, yazma və danışıq. Bu mərhələlərdən uğurla keçənlərə Türkcə Attestasiya Sənədi verilir.

TYS imtahanı iki hissədə keçirilir. Birinci hissədə namizədlərin oxuma, yazma və dinləmə bacarıqları, ikincidə isə türkcə danışıq qabiliyyəti yoxlanılır. Oxuma 60, dinləmə 45, yazma 60 olmaqla cəmi 165 dəqiqədən ibarətdir. İkinci hissə müstəqil nitq 5, qarşılıqlı danışma 10 olmaqla 15 dəqiqədir. İmtahanın ümumi müddəti isə 180 dəqiqədir.

İmtahanda hər bir mərhələdən  ən azı 50 faiz (12,5 bal) toplamaqla bütövlükdə 55-70 arası nəticə göstərənlərə B2, 71-88 arası toplayanlara C1, 89-100 arasında isə C2 svəyyəsində TYS sənədi verilir.

Türkcə Attestasiya Sənədi ilə Türkiyədə yerləşən universitetlərdə bakalavr, magistratura və doktorantura proqramlarında təhsil almaq üçün türkcə hazırlıq siniflərindən azad olursunuz.

* Qeyd: Qiymətlər 1 ay üçün nəzərdə tutulmuşdur.

(+994 70) 892 06 06

(+994 12) 563 20 20 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

​(Azadlıq metrosunun yaxınlığı)

info@anadolu.edu.az

anadoluminfo@gmail.com

© Anadolum Dershane - All rights reserved

  • Instagram - Белый круг
  • Facebook - Белый круг
  • YouTube - Белый круг